Xoşbəxtlik

Xoşbəxtlik
Şeirlər - Hekayələr
10.09.2017 5
Yoruldum mən onu gözləyib daha

Görəsən xoşbəxtlik yorulub özü?

Çağırdım, səslədim baxmadı mənə

Sanki xoşbəxtliyin kor olub gözü...



Gözlərim yolunu o qədər çəkib 

Elə bil, səhrada ipək yoludur

Mən özüm kədərin qulu olmuşam

Görəsən xoşbəxtlik kimin quludur?



Çoxunun əlçatmaz arzusu olub,

Kimin ayağının tozu olmusan? 

Kimin həyatında artığın qalıb,

Mənim həyatımın azı olmusan.



Eşit sözlərimi dinlə ,xoşbəxtlik

Biraz ədalətin,vicdanın olsun

Həyatda hamıya eyni gözlə bax

Adına yaraşan ad, sanın olsun



Hamı günahkardır, gəl sən də olma

Haqqsız, ədalətsiz,nahaqq dünyada

Sən canı nə vaxtsa boş vaxtın olsa

Arabir məni də salarsan yada..!!!

 

Müəllif: Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!