Ay atam

Ay atam
Şeirlər - Hekayələr
10.09.2017 16
Bu dünyanın etibarı yox imiş

Dərdi-əzabı sevincdən çox imiş

Əzəmətin polad imiş dağ imiş

Nə tez getdin bu dünyadan ay atam!



Fələk aldı bir gecədə quş kimi

Həyat olub daha mənə boş kimi

Gülürəm sanki dərd yoxmuş kimi

Heç ele bil olmamisan ay atam!



Dərdimi anlayır bəyaz gecələr

Arzuma imdaddı dayaz gecələr

Kipriyimə siğal çəkir gecələr

Gecə gəldin gündüz getdin ay atam!



Yetimliyin yaşı yoxdur deyiblər

Yazı yoxdur qışı yoxdur deyiblər

Öyrəş ki  daha gecdi deyiblər

Yoxluğuna dözmək olmur ay atam!



Hər kəsə şərikəm bu dərddə qəmdə

Quruyub göz yaşım qalmayıb nəmdə

Dağımdan çəkilib dumanda,çəndə

Gecəmin ulduzu,ayı ay atamскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!