Ad qoya bilmədim bu şeirə

Ad qoya bilmədim bu şeirə
Şeirlər - Hekayələr
10.09.2017 28
Haramdı bu şəhər sevgili sənsiz

Sükuta qərq olub, səssizdir, səssiz.

Aldığım nəfəsdin, hardasan axı?.

Yaşaya bilmirəm heç cür nəfəssiz.



Gedişin sükutdu, oldu səbəbsiz.

Neçənci gündü bu, keçirdi sənsiz?

Gedəndə dərdləri verməzdin gərək

Mən də istəyirəm yaşamaq dərdsiz..



Özünü düşünüb, unutdun məni...

Unutdun səninlə yaşadığımı

Gedərkən bərk qırdın yaman qəlbimi.

Unutdum o andan yaşadığımı...



Bilmirəm ölüyəm indi ya diri...

Danışa bilmirəm, dinə bilmirəm.

Təkcə doldururam boş sətirləri

Bir söylə,sevgili, niyə ölmürəm?!



Yox artıq mənası mənim ömrümün

Zillətdi, zəhərdi hər bir dəqiqəsi

Sevinim şəninə hansı günümün?

Kədərdi, qəhərdi hər bir dəqiqəsi...



Əhədin əlacı yoxdur hayf ki.

Ürəyin boşaldır tək yazmağıyla.

Əhədin qəlbini dərdlər alıb ki

Bitəcək əzrayil aparmağıyla...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!