Salam sevgilim

Salam sevgilim
Şeirlər - Hekayələr
10.09.2017 7
Bu gün mən danışacam..!

Salam sevgilim salam

Salam başıma gələn

Bal kimi şirin bəlam

Soruşsam ki,necəsən?

Sən soruşma necəyəm

Sən günəşdin ömrümə

İndi zülmət gecəyəm

Sanki sözlər tükənib 

Salam çıxır dilimdən

Kilidlənib əllərim

Heçnə gəlmir əlimdən

Səni sevdiyim gündən

Səhv olubdu məhəbbət

Sevgilim gör heçnədən

Məhv olubdu məhəbbət

Ürək çıxır yerindən

Dilim hələki susur

Hər küncdə,hər bucaqda

Gözlərim səni pusur

Ən çətin,dar günümdə

Yoldaş oldu şeirlər

Çoxu oxuyub gülür

Mənə dəli deyirlər

Bəlkə də düz deyirlər

Sənsiz dəli olmuşam

Fərz et,sən su,mən çiçək

Susuz qalıb solmuşam

Mən unuda bilmərəm

Yaddan çıxmaz gülüşün

İlk sevgi heç yaddaşdan

Çıxarmı,sən bir düşün? 

Özümüzdə bilmədən.

Gözdən itdi sevgimiz

Hər şeyin bir sonu var

Budur bitdi sevgimiz

Mən yazdığım şeirlər

Çox ağlayıb, üzülüb

Kəlmələrə bir bax sən

Gör necə də düzülüb

Bəlkə xəbərin yoxdur

Bunlar kimə yazılıb

Indi ki, oxuyursan

Bu da sənə yazılıb

 

Müəllif:Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!