Unut məni

Unut məni
Şeirlər - Hekayələr
10.09.2017 22
Unut məni sevincində,

Həmdə kədərində unut.

Ayrıldığın o gecənin,

Soyuq səhərində unut.

 

Yollarımı gözlədiyin,

Həm itirib,həm gəzdiyin,

Çağırıb əzizlədiyin,

Ötən illərində unut.

 

Üzdü məni sənin hikkən....

Mənə sarılıb bükülən,

Saclarıma sığal çəkən,

Zərif əllərində unut.

 

Sən hər məndən danışanda,

Bilsin dostun,sirdaşın da,

Ağlayaraq göz yaşinda,

Həm də, qəhərində unut...

 

Müəllif: ÇİNGİZ  BABAOĞLUскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!