Sevgi etirafı

Sevgi etirafı
Şeirlər - Hekayələr
10.09.2017 16
Ayın görünməyən üzüsən,gülüm,

Sən ki məhəbbətin özüsən,gülüm,

Alnıma yazılan yazısan,gülüm,

Taleyim də sənsən,qədərim də sən.



Gündüzlər ürəyim tapmayır aram,

Gecələr yuxuma qatırsan haram.

Bu boyda dünyaya sənsiz sığmaram,

Mənzilim də sənsən,şəhərim də sən.



Nələr çəkdi başım sevgidən,nələr!

Sənsizlik başıma göydən od ələr.

Hər gün eşitdiyim yeni müjdələr,

Hər qulaq asdığım xəbərim də sən.



Dərdimi kimləsə bölə bilməyim,

Durub,addım atıb gələ bilməyim,

Ağlaya bilməyim,gülə bilməyim,

Sevincim də sənsən,kədərim də sən.



Düşübdür ardınca cığırım,izim,

Çətin bu sevgidən yorulum,bezim.

Dan yerim,günortam,günüm,gündüzüm,

Axşamım da sənsən,səhərim də sən.



Ay kimi buluda girib yatmağım,

Gün kimi səmadan enib batmağım,

Ətirli bağçamsan,çiçəkli bağım,

Nemətim də sənsən,bəhərim də sən.



Boranlı qışımsan,çiçəkli yazım,

Şirin nəğmələrim,söhbətim,sazım.

Gedirsən,tutulur dilim boğazım,

Şadlığım da sənsən,qəhərim də sən.



Qaraya bürünər sənsiz həyatım,

Qoyma qəm içində boğulum,batım.

Şeirim,qəzəlim,sözüm,bayatım,

Dünyada ən gözəl əsərim də sən.



Mənim Rizvan Həsrət ola bilməyim,

Günəşi göylərdən ala bilməyim,

Qurdla qiyamətə qala bilməyim,

Bir gün o dünyaya səfərim də sən!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!