Daha qonaq gəlmə yuxularıma

Daha qonaq gəlmə yuxularıma
Şeirlər - Hekayələr
10.09.2017 48
Daha qonaq gəlmə yuxularıma,

Məni rahat burax, qoy rahat yatım.

Daha qonaq gəlmə yuxularıma,

Sənli fikirləri başımdam atım.



Daha qonaq gəlmə yuxularıma,

Ruhunu yanıma göndərmə mənim.

Onsuz da həyatım əzab, zülümdür,

Röyamı nağıla döndərmə mənim.



Daha qonaq gəlmə yuxularıma,

Artıq yaşayıram zillət içində.

Sən özgə ocaqda parlayan ulduz, 

Mən isə ömürlük həsrət içində.



Daha qonaq gəlmə yuxularıma,

İstəməm mən yanım, alışım daha.

Daha qonaq gəlmə yuxularıma,

Səni unutmağa çalışım daha...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!