Sevmək günahdırsa öldürün məni

Sevmək günahdırsa öldürün məni
Şeirlər - Hekayələr
10.09.2017 25
Qaranlıq bir yola çıxmışam şamla

Bulud gözlərimdə yaş damla-damla

İşiniz olmasın mənim yarımla

Sevmək günahdırsa öldürün məni

Sevginin dili yox, danışa,dinə

Sözümü deyirəm bax dönə-dönə

Qorxmuram heç nədən sevəcəm yenə

Sevmək günahdırsa öldürün məni

Baharın sonunda yenə qış gələr

Ayrılıq gəlmədən gözdən yaş gələr

Sevgimin xətrinə ölüm xoş gələr

Sevmək günahdırsa öldürün məni

Mənim məhəbbətim bir dünya boyda

Gör mən nə haydayam, sizsə nə hayda, 

Ürəkki, sevibdir artıq nə fayda?!

Sevmək günahdırsa öldürün məni

Əzəldən belədir, gedənlər gəlməz

Ürəyi dərdlilər ürəkdən gülməz

Mən özüm ölsəm də, saf eşqim ölməz

Sevmək günahdırsa öldürün məni

Mən onu sevmədim, ad olmaq üçün

Sevmişdim bəxtinə yazılmaq üçün

Qanunlar yazılıb, pozulmaq üçün

Sevmək günahdırsa öldürün məni

Bəzən şirin dünyam çox acı dadır

Yanan ürəyimə məhəbbət sudur

Yenə də deyirəm, son sözüm budur

Sevmək günahdırsa öldürün məni

 

Müəllif:Rəvan Məmmədli (niŞançı)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!