Sevda yolları

Sevda yolları
Şeirlər - Hekayələr
10.09.2017 7
Ürəklərə yorğan kimi bürünüb

Hər ürəkdə gizli yatan sevda var

Qıraqdan baxanda şirin görünüb

Axı niyə acı dadır sevdalar?

 

Bu sevda yolları elə yoldur ki,

Nə səmti, nə də ki, yönü görünməz

Və ən əsası da, pis bir haldır ki, 

Əvvəli olmamış sonu görünməz

 

Sevərsən sən onu görən gözünlə

Özgə gözəllərə gözün kor olar

Ömrünün gənc vaxtı dərin hüzünlə

Sevərsən dilin lal, qulaq kar olar

 

Vəziyyətdən heç cür çıxa bilməzsən

Başına durmadan çoxlu dərd yağar

Sən özün dünyaya sığa bilməzsən

Sevən ürəyinə bir dünya sığar

 

Kədəri sevincdən bir xeyli çoxdur

Ürəyin nə hayda, ağlın nə hayda?!

Bu yolun geriyə dönüşü yoxdur

Bir şey ki, sevmisən artıq nə fayda?!

 

Müəllif:Rəvan Məmmədli (niŞançı)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!