Bax belə sevirəm səni...!

Bax belə sevirəm səni...!
Şeirlər - Hekayələr
10.09.2017 8
Bax belə sevirəm mən səni,

Belə sevirəm mən səni!

Bir kor necə oxuyur bilirsən? 

Könlünün gözüylə baxına-baxına,

Barmağın ucuyla toxuna-toxuna.

Yol keçir yolunu görmədən,

Boylana bilmədən sağına- soluna.

Bax belə sevirəm mən səni,

Bir lal necə dinir bilirsən?

Susaraq, lal-dinməz baxaraq.

Danışır dilini dişinə hirs ilə sıxaraq.

Nə səsi duyulur, nə də ki, dediyi,

Danışır üzündə duyula bilməmək gileyi.

Bax belə sevirəm mən səni,

Bax belə sevirəm mən səni,

Üzünü görmədən, 

fikrimlə toxuna-toxuna.

Könlümdə ucaldıb sonra da,

həsrətlə ətəkdən zirvəyə baxına-baxına.

Bax belə sevirəm mən səni,

Bax belə sevirəm mən səni!

Sənin öz sevgindən özünə bir kəlmə demədən.

Atılmış uşaq tək həm masum, həm hürkək,

Gözlərim yollarda nə vaxtsa gələcək deyərək.

Bax belə sevirəm mən səni,

Bax belə sevirəm mən səni!

Bilmirəm haraya aparır bu sevgi, 

Gedirəm, ümidim nə qədər aparsa irəli.

Gedirəm, kimsəyə sormadan bu nədir.

Əminəm, koramsa, lalamsa, 

Bu mənə şeirçün verilən ilahi sevgidir

Bax belə sevirəm mən səni,скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!