Tum satan qız...

Tum satan qız...
Şeirlər - Hekayələr
10.09.2017 8
Yenə hər səhərkitək

Ağlım işə gedirdi

Ayaqlarım,vicdanım

Yenə üsyan edirdi

Saat yeddi yox idi

Bütün şəhər yatırdı

İncə zərif gözel qız

Əlində tum satırdı

Tumu alan nə gəzər..?!

Hələ hava qaranlıq.

Özü öz kölgəsindən,

Diksindirdi bir anlıq...

Yanaqları ləkəydi

Üstü başı natəmiz

Amma ki çox qızlardan

Namus, arı tərtəmiz

Yeganə cehizidir

Namus, qeyrəti, arı

Yaşı çoxdan yetişib

Nişanlıdır tayları

Hərdən kimsə qışqırır

Doluxsunur gözləri

Ürkək bir dovşan kimi

Tir-tir əsir dizləri

Sözün bitdiyi yerdir....

Bir söz çıxmır dilimdən

Tum almaqdan savayı

Heçnə gəlmir əlimdən

Ey,tum satan gözəl qız

Bilmirəm necə deyəm,

Mən bunu sənə yazdım

Olsun sənə hədiyyəm...

 

Müəllif:Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!