Koroğlu operasında Koroğlunun ariyası

Koroğlu operasında Koroğlunun ariyası
Şeirlər - Hekayələr
10.09.2017 16
Düşdüm yadıma Nigar,

Getdi əldən ixtiyar.

Sən çək orda min cəfa,

Biz görək burda səfa, ax...

Gəl, Nigar!...



Sevdim səni mən, ey Nigar,

Rəna gözəlim, şən baharım.



Sevdim səni, canan!

Lakin zülmkar xan,

Xalqın qatil düşməni,

Əsir etmişdir səni.



Ondan müşküldür ayrı düşmək,

Lakin çətindir bu görüşmək.



Oldum bu yolda mən

Öz-özünə düşmən,



Ayrı düşdüm ondan,

Mən ayrı düşdüm ondan mən, hey...

Ondan mən, hey...

Ondan mən, hey... ondan!



Dönmərəm bu yoldan,

Xof etmərəm xandan,

Xof etmərəm xandan, ölərəm,

Keçərəm canımdan.



Ölsün düşmən, bu üsyandan

Qurtarmasın yaxasın.



Dağılsın, məhv olsun kainat,

Onda nə zövq var, nə həyat.

Bu aləm sevgilər, məhəbbət

Yaratsın, yaratsın, ah...!



Sevdim səni mən, ey Nigar,

Rəna gözəlim, şən baharım.



Sevdim səni, yarım,

Sənsən mənim canım.

Olmaz özgə sevgilim

Səndən ayrı, səndən ayrı,

Səndən ayrı, düşdüm, Nigar!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!