Ölüm

Ölüm
Şeirlər - Hekayələr
10.09.2017 11
Doğru bildiklərim aldatdı məni

Günəşdən xəbərsiz yağan qaram mən

Bədəndə ölmüş bir ruhu gəzdirən

Rahatlıq tapmayan dar məzaram mən

Hər cürə ölümdən dada bilmişəm

Sonuncu ölümüm gələnə qədər

Dirilib-dirlib yenə ölmüşəm

Hələ çox öləcəm, ölənə qədər

Bir dəfə sevinib gülə bilmədim

Nə sevgi, nə də eşq yarıtdı məni

Yaşaya bilmədim, ölə bilmədim

Bəs niyə Allahım yaratdı məni?

Çəkdiyim əzablar çəkilmir daha

Ürəyim sağalmaz yara bağlayıb

Dərdlərim çox ucuz,çarə çox baha

Xoşbəxtlik bəxtimə qara bağlayıb

Yaşadım həyatı bacaran qədər

Qıyıb əl vurmaram alın tərimə

Mən özüm ölsəm də çox heyfim gəlir

Hələki yaşayan ümidlərimə...

 

Müəllif:Rəvan Nişançı Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!