Unutmaq o qədər asan iş deyil

Unutmaq o qədər asan iş deyil
Şeirlər - Hekayələr
10.09.2017 13
Unutmaq o qədər asan iş deyil

Bu həsrət, bu hicran üzəcək səni

Beş nədir, on nədir,keçsə də yüz il

Gözlərin həmişə gəzəcək məni

Keçən hər zamandan, gündən xəbərsiz

Heç mən də bilmərəm, məndən xəbərsiz

Kim bilir, bəlkə də, səndən xəbərsiz

Gözlərin həmişə gəzəcək məni

Hər gecə yoldaşın qıyanda sənə

Sevişib-sevişib doyanda sənə

Bir yanda öz ərin, bir yanda yenə

Gözlərin həmişə gəzəcək məni

Qoxlayıb rəsmimi sən öpə-öpə

Gözlərin dəniz tək hey ləpə-ləpə

Ağlayıb yoluma su səpə-səpə

Gözlərin həmişə gəzəcək məni

Bezib həyatından doyduğun zaman

Gözünün yaşına qıydığın zaman

Hardasa adımı duyduğun zaman

Gözlərin həmişə gəzəcək məni

Yanında özgəsi, qəlbində mənəm

Gözlərin həmişə gəzəcək məni

Nə yalan söyləyim, elə mənim də

Gözlərim həmişə gəzəcək səni!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!