Son görüş

Son görüş
Şeirlər - Hekayələr
10.09.2017 8
Ayrıldıq... son vida,bu da son görüş,

Quru bir uğurlar dilədim sənə.

Həyat dedikləri biz güzgü imiş.

O ancaq gülərmiş, gülümsəyənə...



Ayrıldıq. quşların cəh-cəh fonunda,

Gizlədik ürəyin giziltisini.

Bəlkə ikimizdə duyurduq onda

Ölən məhəbbətin iniltisini...



Baxdıq ayrılığın gözünə dim-dik,

Şirin ömrümüzə qəm qatacağıq.

Birvaxt canim deyə xitab edərdik.

İndi unutmağa can atacağiq...



Necə soyuqqanlı,biz necə rahat.

Biz elə məhkumuq unudulmağa.

Məni bir udqumda udan bu həyat,

Səni üfürərək atdi, uzağa ...



Nə vaxtsa düşəcəm yadına sənin,

Təsadüf eyləyər qəmgin çağına.

Mənim xəyalımın solğun kölgəsin,

Çəkər kirpiklərin göz qapağına...



Bu da ayrılığın kütləsiz yükü,

Bu da məhəbbətin buz baxışları.

Gözdən bircə damla yaş axmadı ki,

Soyuq üzümüzü isitsin barı...



(Şəhriyar İbrahimov)скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!