Ana

Ana
Şeirlər - Hekayələr
10.09.2017 12
Demirəm göy kimi ucadır adın,

Yox,yox alçalmasın söhbətin,sözün,

Sən ki, yaranışdan oxşar olmadın,

Ancaq özün kimi böyüksən özün.



Əyilib alnından öpəndə hərdən

Könül dodağıma "bir də öp" deyir.

Ağarmış saçına əl vuranda mən

Əlim Şah dağının başına dəyir.



Mən səni bağrıma basanda bərk-bərk,

Gör nələr düşünüb, nələr duyuram:

Elə bil Göyçaydan Kamçatkayadək

Vətən torpağını qucaqlayıram.

 

Müəllif: Əli Kərimскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!