Ey insan

Ey insan
Şeirlər - Hekayələr
10.09.2017 5
Ey insan, hayana qaçırsansa qaç,

Savabla günahın arasındasan.

Sağında gündüz var, solunda gecə,

Axşamla sabahın arasındasan.



Gündə bir qorxu var, gündə bir hədə,

Hər gün dərinləşir ürəkdə zədə.

Həyatla döyüşdə, mübarizədə,

Səngərlə silahın arasındasan.



Nəfsidir insanı döndərir ova,

Kimin hünəri var, qapıdan qova?

Oğulsan, əl atma yağlı plova,

Aş ilə tamahın arasındasan.



Vaxt səni döndərər ota, alafa,

Ha yalvar, yırtıcı gəlməz insafa,

Mədəsi dəyirman, ağzı kalafa,

Pələnglə timsahın arasındasan.



Açdılar, açılmaz sirrin yox sənin,

Soydular, soyulmaz dərin yox sənin,

Allahdan yuxarı yerin yox sənin,

Bəndəylə Allahın arasındasan.



Zəlimxan Yaqubскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!