Bizik

Bizik
Şeirlər - Hekayələr
10.09.2017 8
Bəzən ətək kəsən, bəzən
əl tutan,

Sonuncu tikəni bölən də bizik!

Torpağı pay verən,
düşmənə satan,

Torpağın qədrini bilən də
bizik!



Özgəyə yol verib, özü
yol azan,

Gah quyudan çəkən, gah
quyu qazan,

Misli görünməmiş
tarixlər yazan,

Tarixi yaddaşdan silən də
bizik!



Haqdan danışanı asırıq
dardan,

Namusu qoruyub keçirik
ardan.

Özü-öz halına baxıb
kənardan 

Ağlayan da bizik, gülən də
bizik!



Yoxsuldan, yetimdən
dayanıb gendə,

Kefi kök gəzirik çöldə,
çəməndə...

Göylərə əl açıb, dara
düşəndə, 

Allahın yoluna gələn də
bizik!



Təzadlar içində üzürük,
nədən

Yola gedə bilmir bir
başla bədən?

Vətəni tərk edib qürbətə
gedən, 

Vətənin yolunda ölən də
bizik!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!