Rəssam olsam mən əgər

Rəssam olsam mən əgər
Şeirlər - Hekayələr
10.09.2017 15
Rəssam olsam mən əgər...

Qəlbinə dağ çəkərdim...

Ürəyimin içinə...

Səni dustağ çəkərdim...

Yalnız çəkə bilmirəm...

Qəlbinə dərd çəkərdim...

Xoş sözlərlə,aldadıb...

Olduqca sərt çəkərdim...

Sutək təmiz üzündə...

Kirli dodağ çəkərdim...

Göz yaşınla islanan...

Nəmli yanağ çəkərdim...

Rəssam olsam mən əgər...

Qəm çəkərdim üzündə...

Kipriyindən süzülən...

Nəm çəkərdim gözündə...

Çəkərdim dünənindən...

Çəkərdim bu günündən...

Ayırmazdım bir an da...

Gözlərimin önündən...

Suallar yağışında....

Cavab tapa bilməyən...

Günahlar kölgəsində....

Savab tapa bilməyən...

Məzlum-məzlum dinləyən...

Susan bir qız çəkərdim...

İçin-için inləyən...

Bir vəfasız çəkərdim...

Rəssam olsam mən əgər...

Qəlbinə dağ çəkərdim...

Ürəyimin içinə...

Səni dustağ çəkərdim...!

 

Müəllif:Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!