Mən səni unutmuşam

Mən səni unutmuşam
Şeirlər - Hekayələr
10.09.2017 1
Barışıb taleyimlə

Qəlbimi ovutmuşam

Səni bilmirəm amma, 

Mən səni unutmuşam

Tamam çıxıb yadımdan

Şirin-şirin gülüşün

Səni niyə unutdum? 

Səbəbini sən düşün

Bircə dəfə düz danış

Günahın az deyildi

Etdiklərin mız idi

Heç biri naz deyildi

Sol çiynin necə dözür? 

Yaman çoxdu günahın

Əyri otur, düz danış

Demə yoxdu günahın

Mən səni unutsam da

Gəl sən məni unutma

Biraz ağla mənimçün

Gözlərini qurutma

Mən çox yaxşı bilirəm

Mümkün deyil unutmaq

Amma ağac da küsər

Qoparanda bir budaq

Mən hələ də sevirəm

Ürəyim səndə qalıb

Sadəcə bu məhəbbət

Məni də çaş-baş salıb

Bu bəndi yavaş oxu

Qoy heç kim eşitməsin

Yaddaşına denən ki, 

Mən etdim o etməsin

Varlığına ac qalıb

Sənsizliyi udmuşam

Sənə bir yalan deyim? 

Mən səni unutmuşam

 

Müəllif:Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!