Məktəb sevgisi

Məktəb sevgisi
Şeirlər - Hekayələr
10.09.2017 15
Müəllimlər həmişə deyindi mənə

Qanun var, qayda var, dərsini oxu

Ağlım ürəyimə əsir olmuşdu

Dərsim də, yazım da o idi axı

 

Məhəbbət odunda yanmayan olmaz

Qanunlar yazılıb, pozulmaq üçün

Dəridən, qabıqdan çıxmışdım mən də

O qızın bəxtinə yazılmaq üçün

 

Qələmim, dəftərim qalardı onda

Yazdığım xoş sözlər oxunsun deyə

İllərcə yanında oturdum onun

Əlləri əlimə toxunsun deyə

 

Dəftər də, qələm də bəhanə idi

Əslində ürəyim qalmışdı onda

Bircə gün görməsəm xoş camalını

Gözlərim gəzərdi onu hər yanda

 

Özüm də bilmirəm, nədənsə heç cür

Bacara bilməzdim yaxınlaşmağı

Onun sayəsində yadırğamışdım

Dərsə gec gələrək, dərsdən qaçmağı

 

Qoy zaman əlindən gələni etsin

Ayları, illəri unudarammı? 

Fikrimin, ruhumun əzbəri olan

O incə əlləri unudarammı?

 

Kiçik ürəyimdən, böyükdü sevgim

İndi mən hardayam, bəs o hardadır?

Bir vaxtlar məndən də yaxındı mənə

İndiysə məndən çox uzaqlardadır

 

Müəllif: Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!