Balaca qız

Balaca qız
Şeirlər - Hekayələr
10.09.2017 8
İ `llər keçər, aylar ötər, unudarsan, 

Gör kimlər unuduldu bu dünyadə, qadın.

Bir gün yada salanda ağlayacaqsansa, məni, 

Qıymaram göz yaşına, salma heç yadə, qadın.



K `aş bu sevgi bitən yerdə mən özüm öləydim, 

Kaş ki saçlarını da əvvəlki tək özüm hörəydim, 

Kaş ki o gül çöhrəni də bircə dəfə görəydim

Xəyalını gördüyüm kimi hər gecə röyadə, qadın.



G `əl yenə, qonağım ol, hörüklərini götür, gəl,

İzin vermə toxunsun zülfünə özgə əllər, 

Sən ətirlər içində ən şahânə ətirsən, 

Küləklərlə gəlmiş idin, küləklərlə gedirsən. 

Sən ən böyük ağrısan acılarımın yanında,

Çöhrən haramım olsun dəysəm özgə tənlərə.

Şərâb ətri nədir ki saçlarının yanında,

Gedirəm indi təslim edib ruhu Səmâzənlərə. 

Bizi bu şəhər anlamadı, qırdılar qanadımızı,

Yarım qalan nağıllarda yazdılar adımızı.

Bəlkə də öləndən sonra biz ölümsüz olacayıq,

Deyəcəklər bir dəli sevirdi bir Balaca qızı.



E `y yarımın xəyalı, gəl, buyur, keç

Mən indi o mən deyiləm, biraz bədbin, biraz bivec, 

Ötən bu illərdə yaram da sağalmadı heç, 

Sən gedəndən dostum olub kağız, qələm, meylə dolu bâdə, qadın.



R `əngi siyah oldu təsvir eyləyəndə âyə səni, 

Küsdü səmâyə, getdi, yandı boğazı qəhərdən.

Bu şânələr ilə təsvir edəndə Leylâyə səni, 

Dedi Məcnûna demə, unudar məni birdən. 

Düzdür, yoxdur zərrə dəyəri sətirlərimin, əgər 

içlərində gecəmə işıq salan ay üzün olmasa, 

Amma bunu da bil ki, gözəlliyində yoxdur dəyər

Cavid əgər yâsə batıb səni gecələr yazmasa.

Rûzigarlar əsər keçər özüylə aparıb illəri, 

Soldurar pəncərəmdə gül açdıran fəsilləri. 

Bəxş edərəm mən sənə saçlarımın qârəsini, 

Nə vaxt ki qocalarsan, ağarar qara tellərin. 

Mahnı müqəddəsləşər, dərgahında əzân olar, 

fəsillər gəlib keçər, sevgilər də xəzân olar, 

Çoxsu sevə bilər səni, çoxsu dərdindən ölər,

amma çətin bir də səni mən kimi yazan olar.

Bənzədə bilmədim heç bir şəhəri Bakıya,

yaraşmamışdı sənsiz bu payız səhəri Bakıya,

Hərgah ki gətirsəydi geriyə ağlamaq səni, 

Göz yaşıyla bəxş edərdim ikinci bir Xəzəri Bakıya.

Mən gözyaşında yoxluğuna haray demişəm,

Sən şair eyləyən Qadınsan bu Cavidi.

Ax gecələr yatmamışam, sənə lay-lay demişəm,

Mən Şəhriyar, sən isə Yar Qâsidim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!