Qocalmısan...

Qocalmısan...
Şeirlər - Hekayələr
10.09.2017 6
Y `aralardan axan qanı saxlamır məhrəba

Çox zəhərlidi nə süd nə kəhrəba {kəhrəba}

Boz səhrada, şeytanı yəhərləmək

İnsanı zəhərləmək kimiydi sənsizlik

Tozlu akvarel, quaş, Rembrandt

Bir növ xrizon tembroda Denton

Xatirələrə qərənfillər əkərdin,

Hündürlükdən qorxmasaydım çox çəkərdim

Mənə deməmişdin, amma yaz bunu

Sən əvvəllər yaz yağmuru

Ölməyə tələsirdin amma yubandın.



S `ular bulandığı gün ürəy də bulandı

Sən, axı bütün arzuları devirdin

Sən, axı tək yatmağı sevirdin

Heç kəsə demirdin, dərin dərdlərini

Gizlətdin yatağı cırmaqlayan əllərini

Qırmızı dodaq qırmızı filtir tüstülər

Bədən soyuqdan dona bilərmiş istidə

Tənhalıq, depressiya, vahimə, soyuq tər

Xatirələr, köhnə məktublar, bədxəbər

Alkoloq, narkotik, lirika, preparatlar

Radioda vals Vaston qarışıq həyatlar,

Qarışıq saçlar, geyim, qarışıq işləri

Və pridona ayaq basan növbəti müştəri

Süni gülüşlərin, qısa öpüşlərin

Sənə pul qazandıran saatla görüşlərin

Hər gün görürəm səni nə qədər alçalmısan,

Qırışıb əllərin sən demə qocalmısan.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!