Gözün aydın, Azərbaycan

Gözün aydın, Azərbaycan
Şeirlər - Hekayələr
10.09.2017 6
Ustad Şəhriyarın bu taya gələcəyi xəbərini eşidərkən yazılıb 



Fəxr et,gözün aydın Azərbaycanım !

Güzgünü qoynuna ilk bahar gəlir.

Çiçək sərgisidir Milim,Muğanım,

Əllərdə titrəyən laləzar gəlir.



Mənim varlığımda bir şad xəbər var.

Desəm,buz içindən göyərər bahar.

Gərər qanadını qoca qartallar,

Görərsən yüz şahin,min şonqar gəlir

.

Sığmır yatağına nə Araz,nə Kür.

Xəzərə qəlbimdən Xəzər tökülür.

Ayrılıq sədləri lay – lay sökülür.

Yurdumun yarısı mənə dar gəlir.



O tayda bit atəş,bir günəşdi o,

Arazın üstündən dalğın keçdi o.

Baxdı…gözlərilə nəhri içdi o.

Sərhədlər,məftillər tarimar gəlir.



Axır dağdan axan sellərlə birgə,

Çırpınır çöllərdə ellərlə birgə,

Ana da,oğul da bəxtiyar gəlir.



Bir rəssam nəqş edib "Heydərbaba”nı,

Baxmağa çağırır eli,obanı.

Fırçası – kirpiyi,rəngi – öz qanı,

Əl boyda şəkildə dünyala gəlir.



Mənim xəstə anam qalxır yataqdan,

Səsinə səs verir quşlar budaqdan.

Sevinci coşğundur çaydan,bulaqdan,

Cansız sinəsinə iqtidar gəlir.



Nədir əllərdəki,bu lalə,nərgiz?

Bu hansı rayihə,hansı ətirdi?

O,özü gəlmədi,onu sevgimiz

Canlı maqnit kimi çəkdi,gətirdi.



Gəlir,gözlərində sevinc dolu yaş,

Brilyant taclara əyilməyən baş,

Baş əyir müqəddəs Azərbaycana.

Öp o ağ saçları,ey qaya,ey daş !



Xəlil Rza Ulutürkскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!