Nişan üzüyü

Nişan üzüyü
Şeirlər - Hekayələr
10.09.2017 16
Kaş elə yanaydim, sönməz olaydim

Ayrilib getmişdim, dönməz olaydim

Xinali elini görməz olaydim

Gözümü kor etdi nişan üzüyü.



O isti nəfəsin bir bahar idi

Qəlbimi dagladan intizar idi

Bəlkə barişmaga ümid var idi

Səni məndən etdi nişan üzüyü.



Niyə fələk bizə vermədi aman.

Ayriliqmi oldu arada duman

Səninlə əl-ələ görüşən zaman

əlimi kül etdi nişan üzüyü.



Bəlkə də üz- üzə cixmariq yenə

Bu nişan üzüyü qəsd etdi mənə,

Ne deyim sevgilim, ne deyim

Dünyami dagitdi nişan üzüyü.



Sənə son sözümü deyib gedirəm

əlinə son dəfə dəyib gedirəm

Mən səndən ömürlük küsüb gedirəm

Səni məndən aldi nişan üzüyü.



Nüsrət Kəsəmənliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!