Mənim eşqim nədir deyə sual ver

Mənim eşqim nədir deyə sual ver
Şeirlər - Hekayələr
10.09.2017 11
Mənim eşqim nədir deyə sual ver

Mənim eşqim qaranlikda isiqdır

Mənim eşqim səmalarda süzən quş

Mənim eşqim dənizlərin dalğası

Mənim eşqim hər ürəyin yanğısı



Mənim eşqim nədir deyə sual ver

Mənim eşqim zirvəsi dumanlı dağ

Mənim eşqim okeanda batan gəmi

Mənim eşqim uc-bucağsız kainat

Mənim eşqim efsanədir,nağıldır



Gül tək açib solmayan

Hər ürəyə daxil olmayan

Səmalardan enməyən

Göydə süzən quşdur o.

Əfsanəvi simruqdur o



Ürəyimdə məskən salmış məhəbbət

Həyatımda məskən salan xəzinəm

Biləyimdə vuran nəbzə döyüntü

Qəlbimdəki hərarətin istisi



Mənim eşqim nədir deyə sual ver

Bənzəməz o,nə günəşə,nə aya

Bənzəməz o,nə torpağa nə suya

Bənzəməz o,nə yağışa ,nə suya

Bənzəyir o,aldığımız havaya



Bənzəməz o,sevgiyə,məhəbbətə

Çünki elə məhəbbətin özüdur

Göz açanda dünyaya 

Mənimlə bir doğulan

Həyatımın sözüdür

Məhəəbətin özüdür

O,sevginin gözüdür !

 

Müəllif:Röya Həsənli..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!