Bəlkə vicdan oyana

Bəlkə vicdan oyana
Şeirlər - Hekayələr
10.09.2017 6
Anaların qəlbini,

yara eyləyən nədir?...

Niyə onların hüznü,

ömürləri göynədir?...



Ağlardı bütün dünya,

kor olubmu görənlər?...

Libasını dəyişib,

indi əmr verənlər!...



Analar haray çəkir,

bəlkə,vicdan oyana...

Bu mənasız vuruşlar,

bəlkə,bəlkə,dayana!...



Anadır haray çəkən,

gözündən qan-yaş tökən...

Nyə çoxalıb belə,

yer üzünə dərd əkən?...



Dinləyin bu harayı,

dinə gəlsin qoy bəşər...

Axı insan oğluna,

xeyirxah olmaq düşər!...



Son qoyun davalara,

yoxa çıxsın qan-qada...

Gül baxçası var olsun,

yenə qoca dünyada!...



Yenə həzin meh əssin,

dünya gülsün-sevinsin...

Silahlar sussun daha,

şirin nəğmələr dinsin!...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!