Verdim

Verdim
Şeirlər - Hekayələr
10.09.2017 6
Şimşək kimi buludları qovaraq,

Verdim parlaq çiçəklərə könlümü.

Günəş kimi qaranlığı boğaraq

Verdim odlu diləklərə könlümü.

 

Cavan ömrüm bir mum kimi sönərkən

Yüksəklərdən alçaqlara enərkən

Əməllərim bir səraba dönərkən 

Çaxib verdim şimşəklərə könlümü.

 

O zaman ki, sahib oldum qanata

Bir quş kimi nəzər saldım həyata 

Etdi məni gənclik şövqüm əhata 

Verdim sərxoş küləklərə könlümü.

 

Mikayıl Müşviqскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!