Əlvida, sadə kərpici korpuslar

Əlvida, sadə kərpici korpuslar
Şeirlər - Hekayələr
10.09.2017 6
Xəstəxana korpusunun köhnə parkında,

Sadə kərpici korpuslar...

Nə yazıq ki, zamanında dua etməyi öyrənmədim,

Möcüzələrə də inanmıram, necə ağırdır...

 

Palatamın aynasından payızı görürəm,

Tezliklə xəzan yarpaqları qarın altında dəfn olunacaq...

Çox pərişanam, fikirlərim qarışıb,

Ədalətsizliyin bərqərar olacağına tab gətirmirəm.

 

İndi xalqın taleyini düşünmək nəyimə gərək?

Nələr baş verəcək, əsr necə bitəcək, eh...

Təbiət necə gözəl, necə pak ölür,

İnsanın ölümü isə necə qorxunc, necə yamandır...

 

Mənə burada əriyib yox olmaq qismətdir...

Əlvida, ətirlər və səslər,

Rənglər və əziz simalar,

Əlvida, sadə kərpici korpuslar...

 

Aytən Cavanşirin tərcüməsində məşhur rusiyalı kinorejissor Eldar Ryazanovun xəstəxanada yazdığı vida şeiriскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!