Bu sevgi, bu layla...

Bu sevgi, bu layla...
Şeirlər - Hekayələr
10.09.2017 10
Bu sevgi,bu layla,bu beşik bizim,

Çəkər növbəmizi bu keşik bizim.

Nəyimizə lazım ev-eşik bizim,---

Bu yaşıl ağacın altı bizimdi.

 

Su içər sevginin kökü ömürdən,

Sevgi əl üzməsin təki ömürdən.

Xoş bir xatirədi iki ömürdən,

Bu yaşıl ağacın altı bizimdi.

 

Atəş Allahındı,isti Allahın,

Ocaq Allahındı,tüstü Allahın,

Bu yaşıl ağacın üstü Allahın,

Bu yaşıl ağacın altı bizimdi.

 

Dən kimi səpələ,toxum kimi ək,

Zəlimxan bu anın ləzzətini çək.

Hələ bizdən sonra çoxu deyəcək---

Bu yaşıl ağacın altı bizimdi..

 

Zəlimxan Yaqub) Allah rəhmət eləsin.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!