Ana (xatirəsinə)

Ana (xatirəsinə)
Şeirlər - Hekayələr
10.09.2017 16
Həyatı anlayanda,

Mən səni axtaranda

Xəyala dalan anda

Dadını duymayanda

Düşünürəm necəymiş

Sənin isti qucağın?

Canımı qızındıran

Sinən-isti ocağın,

Kaş bir dəfə görəydim

Ana,gülən üzünü.

Kaş bircə eşidəydim,

Balam deyən sözünü…

Mən səni yalayardım

Doyunca ağlayardım.

Almadın bu dünyadan

Nə ləzzət,nə kam anam!

Çox çətindir insanın

Olmayanda anası,

Düşünürəm heç zaman

Yoxdur onun arxası,

Sirrini biləni yox,

Məsləhət verəni yox,

Qəlbinin içindəki

Yaranı görəni yox

Almadın bu dünyadan

Nə ləzzət nə kam anam ,

Ay mənim nakam anam!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!