Məni elə unut ki...

Məni elə unut ki...
Şeirlər - Hekayələr
10.09.2017 12
Məni elə unut ki

Mən unuda bilməyim

Məni elə unut ki

Yadına da gəlməyim

Ayrılmaq çətinsə də

Sənin kimi qadından

Bir kəlmə də demədən

Çıxıb gedim yadından

Məni elə unut ki

Dünya başıma dönsün

Yanıb-yanıb kül olsun

Ümid çırağım sönsün

O ümidin külləri

Boş başıma tökülsün

Məhəbbətim gizlincə

Ürəyimə çəkilsin

Qoy o sevgi dağ olsun

Günahkar ürəyimə

Sənin canın sağ olsun

Qıymaram mələyimə

Məni elə unut ki

İzim-tozum qalmasın

Danışan bir lal olum

Sənə sözüm qalmasın

Qoy böyüsün dərdlərim

Dəniz kimi,dağ kimi

Unut məni,sevgilim

İtmiş oyuncaq kimi

Məni elə unut ki

Uçub gedim xəyaltək

Silinim yaddaşından

Cavabsız bir sualtək

Səni mənim qarşıma

Çıxarmasın küçələr

İşıqlı səhərinə

Qovuşmasın gecələr

Duyğularım lal olsun

Əsəblərim korlansın

Qısqanclığım əlindən

İçim od tutub yansın

Məni elə unut ki

Gözlərində yaş olum

Fəryad ilə döyünən

Sinən üstə daş olum

Hər gün biraz çox unut

Gümanımız qalmasın

Geriyə dönmək üçün

Zamanımız qalmasın

Məni elə unut ki

İnciməyim, küsməyim

Həsrətindən tərləyib

Sonra tir-tir əsməyim

Üşütməsin sənintək

Üşütməsin qış məni

Mən sənə ağladıqca

Ağlasın yağış məni

O yağışla yuyulsun

Kirli günahlarımız

O yağışla açılsın

Bağlı sabahlarımız

Məni elə unut ki

Yuxu yata bilməyim

Ruhlarımız qaçışsın

Sənə çata bilməyim

Burax məni, at məni

Möhkəm tut,nə var ondan

Beş qəpiyə sat məni

Bərk yapış qürurundan

Məni elə unut ki

Özündən soyut məni

Keçmişin bir küncünə

Tullayıb, unut məni

Unut əsən küləklə

Unut yağan yağışla

Sevmək günahmış demə

Səni sevdim,bağışla!

Səni sevdim,bağışla!!!

 

Müəllif:Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!