20 yanvar

20 yanvar
Şeirlər - Hekayələr
10.09.2017 31
İyirmi yanvarda, o qanlı gündə

Əsarət ipini qırdı şəhidlər.

Hüseyni duruşla qalxıb ayağa

Zilləti izzətlə vurdu şəhidlər.



Şəhidlik – əbədi bir həyat demək,

Şəhidlik – əbədi səadət demək,

Şəhidlik cihaddır – ibadət demək

Səf-səf ibadətə durdu şəhidlər.



"…Onlar diridirlər…” – Quran ayəsi

Şəhidin qanıdır hürlük mayası.

Azadlıq! – məqsədi, amal, qayəsi

Bu yolda canını verdi şəhidlər.



Əsrlərdən bəri o qanlı bayraq

Hay salır, hayqırır dalğalanaraq.

Haqsızın önünü haqla alaraq

Haqqın qalasını qurdu şəhidlər.



Zamanın sahibi (ə.f.) gələydi ey kaş,

Bizləri nökəri biləydi ey kaş,

Yolunda canımız öləydi ey kaş

Necə Kərbəlada öldü şəhidlər.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!