Həsrətin

Həsrətin
Şeirlər - Hekayələr
10.09.2017 19
Sevgiylə gəlmişdin qəlbimə qonaq

Bunu başa düşmək çətindir, çətin.

Gedəndə sevgini apardın amma, 

Qonaq otağında qaldı həsrətin...



O gündən qəlbimi qonaq otağı,

Beynimi həsrətə dəhliz etmişəm...

Səndən ilhamlanıb bir gecə vaxtı,

Tərk edib özümü, çıxıb getmişəm...



O gündən bu günə çox şey dəyişib,

Sən tanış deyilsən bu nalə, aha, 

O gündən atam da üzümə baxmır,

Anam da fəxr etmir mənimlə daha.



Nə tez həvəsindən düşdün sevginin,

Biraz dürüst olsan, yəni ölərsən ?

Axı mən ömrümü verdiyim eşqə,

Sən necə "bağlanmaq" deyə bilərsən...?



Mən yazar olsam da, "bu şeirlərin"

Hecası sənindi, sətri sənindi.

Yəni illər öncə çıxıb getsəydin,

Bəlkə alışmışdım təkliyə indi…



Və indi azadsan, deyinənin yox

Axır ki arzuna, kamına yetdin.

Əslində sən mənim olmadın ki heç,

Özgədən gəlmişdin, özgəyə getdin...скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!