Getmə

Getmə
Şeirlər - Hekayələr
10.09.2017 8
Qızılı payızda sevdim mən səni,

Xəzan tək həyatım saralıb-soldu.

O qədər bağlandım sevdim kölgəni,

Göz yaşım sevgimlə qəlbimə doldu.

 

Göruşduk səninlə elə payızda,

Səni urəyimə yazım ya silim?

Alnıma yazılan alın yazımda,

Bəlkə də sən varsan axı nə bilim?!

 

Şaxtalı,boranlı bu qış fəslində,

Şaxta yox,sənsizlik olubdu duşmən.

Kuçədə soyuqdan mən titrəyəndə,

İçimi sevginlə isitmişəm mən...

 

Bax yenə xəyalın qonaqdır mənə,

Xəyalnı xəyalən qucaqlayıram.

Sən isə baxmadın uzumə belə,

Ah çəkib xəyalda sayıqlayıram...

 

Tutmuşam əlini baxıram gözunə,

Bir şəkil xatirə verirəm sənə.

Ehtiyac duyuram sevirəm sözunə,

O sözu çox görmə ,sevgilim,mənə..

 

İndisə xəyalın getmək istəyir,

Son dəfə xəyalnı qucaqlayıram.

Dodağım dodağnı öpmək istəyir.

Qal deyə xəyalna mən yalvarıram..

 

Gəl sənlə heç kimdən qorxmayaq, gulum,

Bizi tək qorxudar məncə ayrılıq.

Sözdu də söylədim,qorxma sevgilim,

İNŞALLAH sənlə mən xoşbəxt olarıq..!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!