Xatirə

Xatirə
Şeirlər - Hekayələr
10.09.2017 24
Eşikdə quşbaşı yağan

ağappaq qardı,bilirəm.

Məndən özgə ona baxan

bir gözəl vardı,bilirəm…



…..Pəncərəmiz yaxın idi-

Güya o məndən xəbərsiz,

güya mən ondan xəbərsiz,

gah Günəşə boylanardıq,

gah yağısa əl tutardıq…



…Ilahi o,nə vaxt idi-

az qala,yadımdan çıxa…

Onda baxtımız baxt idi,

qəlbimiz-yuxadan yuxa…



Biz Günəşə sevinərdik,

biz yağısa sevinərdik.

Gözümüzü yan çəkərdik-

düz baxışa sevinərdik…



…Sonra…sonra illər ötdü-

o qardan dən düşdü başa.

Yağışın damlası soyuq,

Günəşin istisi- başqa…



Sonra,sonra ürəyimiz

nifrət gördü,qəzəb duydu.

Sonra,sonra qapımızı

ayrılığın əli döydü…



…Baxıram,tapa bilmirəm,

o mənə baxan gözəli,

əllərini pəncərədən

yağışa tutan gözəli…



Ha durub,ha boylanıram,

daha yola sazaq düşüb.

Ya mən artıq pis görürəm,

ya pəncərəm uzaq düşüb…



…Amma,amma yavaş-yavas,

yenə qar yağır,bilirəm.

Bir qadın öz nəvəsiylə

həyətə baxır,bilirəm…скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!