Sabahın xeyir, Ana!

Sabahın xeyir, Ana!
Şeirlər - Hekayələr
10.09.2017 25
Ana, sənsizliyin çimir aldığı

Gecələr həsrətin güman yeridi.

Yuxu ürəklərin yorğun saldığı

Arzunun qapanan kiprikləridi.



Yenə həsrətimə güc gələr gecə

Yenə də əriyər məzar sükutu.

Yenə kipriklərim kilidlənincə

Yuxu ayaq-ayaq gəzər sükutu.



Yenə sığınaram köksünə, Ana,

Məzar soyuqluğu üşütməz məni.

Mən necə qarğayım o günə, Ana,

O amansız günlər eşitməz məni.



Məni məndən əzəl duyanım Ana

Mənə məndən artıq yanası sənsən.

Dar gündə, çətinim həyanım Ana,

Analı dünyamın anası sənsən.



Sabahın xeyir , Ana!

Sabahın xeyir , Ana,

Sabahlar dünyanın ulu çağıdı

Bu dünya sənin gözlərindi , Ana ,

Gecələr qarası ,gündüzlər ağıdı.

Mənə uğur dilə , xeyir arzula , Ana,

Sabahlar dünyanın ulu çağıdı.



Sabahın xeyir , Ana!

Yuxusuz keçirmişəm bu gecəni də.

Yuxuda itirmişəm

çörəyimə yavanlıq qayğını , Ana,

Yuxuda itirmişəm səni də.

Arzular qırılmış boyunbağıdı

Tökülüb yollara , ay Ana.

Sabahlar dünyanın ulu çağıdı

Mənə uğur dilə , xeyir arzula!



Sabahın xeyir , Ana!

Yenə də qaranlıq dağıldı

Günəş üzə gülən körpədi , Ana,

Buludlar ağappaq bələkağıdı.

Tale gözübağlı ötdü yanımdan

Tale yenə məni görmədi ,Ana,

Mənə uğur dilə , xeyir arzula ,

Sabahlar dünyanın ulu çağıdı.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!