Ya ölüm,Ya ölüm deyək

Ya ölüm,Ya ölüm deyək
Şeirlər - Hekayələr
10.09.2017 6
Bir zamanlar yer üstündə

Babəkimin qılıncıyla

Çəkilmişdi sərhəddimiz.

Bircə qarış torpağa da

Girənməzdi düşmənimiz.

Biz sahibi, biz ağası,

Biz divarı, biz qalası.

Biz əkərdik, biz yeyərdik,

Torpaq üçün biz ölərdik.

Şəhid sözün, şəhid adın

Babəkimdən biz öyrəndik.

Nəsimidən, Nəsimidən,

Şah İsmayıl Xətaidən

Vətən eşqin biz öyrəndik.

Xəzərboyu bizim idi,

Türk torpağı, türk eliydi.

Sağı, solu, dağ dərəsi,

Həm qalası, nəm bərəsi

Bizim idi.

İndi torpaq parçalanıb,

Dilimiz də haçalanıb.

Dərbəndimdən keçən yollar

Yad əllərdə, yad olublar

Zaman-zaman qan vermişdik

Torpağımın qarışına.

İgidlərim toy edərdi

At üstündə yarışana.

Bəy gəlıni udmalıydı,

At üstündə sevdiyimiz

Gəlin-Həcər olmalıydı.

Barmağında qızıl üzük,

Beldə xəncər olmalıydı.

Oğullarım belə idi.

Türkün adı gələn zaman

Ermənilər titrəyərdi,-

Gələn türkdü,-söyləyərdi.

Nə fərqi var, Babək gəlir,

Ya Xətai, Teymur gəlir.

..Hay.. deyərdi-Türklər gəlir.

Əmir Teymur at üstündə

Gələn ..Hay..la döyüşərdi.

Silahsızla işı yoxdu.

Bu da onun etirafı : –

..Bizdən sonra gələn nəsil

Mənə lənət söyləyəcək,

Məni yüz kərə söyəcək.

Gileylənib, deyinəcək

-Niyə qırmadın hamısın?

Qorudun qoca, qarısın,

– Necə qırım ? -Allahım var,

Hər millətin günahsızı,

Qocası var, qarısı var.

Axı Türkün tanrısı var.

– O illərdən ilə kecib..

Tariximdən təkər kecıb…

Varaqların əzə-əzə.

Elə bil ki, ləşkər kecıb.

Dəvə keçən o yollardan,

Çarpazlanan o qollardan

Rumi keçib, İmrə keçib.

Nəimi də o yollaı

Nəsimiylə birgə keçib.

Cığırlanan bu yollardan,

İgidlərim atla keçib.

Çörək verib, qılınc alıb.

Qizıl kəmər, mis dəbilqə,

Qılınckəsməz yəhər alıb.

Yol düşəndə Xarəzimə.

Sam babamın Sam elinə,

Samərkəndin gədiyinə

Səs düşərdi mahal-mahal;

Qardaş elə qardaş gəlir.

Qan bir olan sirdaş gəlir.

bax beləcə görüşüblər

Neçə ağıl dəryaları,

Məsləhətlə bölüşüblər.

Nə fərqi var, harda Özbəy,

Harda Qazax, harda Türkmən,

Harda Qırğız, harda Moğol.

Ya da Tatar,- hamısı mən.

Türk babanın nəvələri,

Səkkiz qardaş dönənləri.

Qoruyublar torpaqları,

Həm aranı, həm dağları.

Atamız da, babamız ,da

Dünənə dək bir olubdu.

Lakin yenə bilməm nədən

Zaman – zaman bu torpaqlar

Tikə – tikə ovulubdu.

Tarixçilər yazmalıydı,

Olanları yozmalıydı.

Özgələrin arxivində

Öz qardaşın ..düşmən.. tapıb.

Arxadan qılınc çalana.

Torpağımdan torpaq verib.

Bir olmadıq, bir oldular,..

Tülkü kimi qorundular.

Tarix yazan a qardaşım,

Bir şöhrətə satılaraq

Niyə düzü yazmadınız?

Düşmənimə sirdaş dediz.

O da yazdı yurdumuzu

Parçalayan ..xanlarımdan..

Mat qalmışam ! Bu yazıçı

Niyə yazmır Cavad xndan,

Kəlbəcərdən, Xocalıdan,

Xankəndimdən, Laçınımdan,

Düz Bakının ürəyində

"20 yanvar” faciəsin

Törədib, qan tökənlərdən ?

Bu tarix ki, dünən olub,

Ay üazıçı rus "qardaşım”.

Bircə şeyə mat qalmışam :

Min səkkiz yüz yirmi səkkiz,

Niyə sənə yaxın olub ?

Niyə çarın əsgərindən

Mənə tarix yazırsan sən ?

Ən dəhşətli tarix olan

Xocalımdan yazmırsan sən ?!

A tarixçi dostum mənim.

Sən tarixçi, o tarixçi,

Bu gün hər günüm tarixdi.

Yeni tarix yazan qardaş,

Hamınızdan soruşuram : –

Verməyə torpaq qaldımı ?

Bölməyə torpaq qaldımı ?..

Daha nəyimizi bölək ?

Bəlkə elə, bəlkə elə,

Bir oturub fikirləşək.

Ömrümüzdə bircə kərə

Ya "olum” , ya "ölüm” deyək !

Qarabağa yürüş edib,

Yurdumuzu düşmənlərdən,

Düşmənlərdən azad edək !скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!