Necə bağışlayım?

Necə bağışlayım?
Şeirlər - Hekayələr
10.09.2017 9
Qara taleyitək, qara saçlı qız! 

Saçında açılmaz hörük olmuşam

Səndən birdənədir,səndən tapılmaz

Mən sənə özgəylə, şərik olmuşam

 

Zaman günahsızdır, söyləmə mənə! 

Xətrimə o illər dəyəndən sonra

Gəl mənə bir daha səninəm demə

Telinə yad əllər dəyəndən sonra

 

Cəhənnəm də olsa, özgə ürəyi

Üşüyüb-üşüyüb donarsan orda

Sevdiyin bir ürək buz tutsa belə

Tükənməz eşqinlə yanarsan orda

 

Gör nələr çəkdirdin bu yaşda mənə

Könlümü almısan, ağlım məndədir

Xoşbəxt olmağındır, qarğışım sənə

Mən xoşbəxt olmadım, sıra səndədir

 

Həsrət ürəyinə yaman iz vurar

Özün-öz gözündən axarsan yenə

Kor olmuş bir ümid sənə göz vurar

Sabaha ümidlə baxarsan yenə

 

Sağalmaz yarana çoxu duz basar

Ağrıdar giley də, tənə də səni

Gözlərin sel olar, ürəyin susar

Bir ümid yaşadar yenə də səni

 

Necə bağışlayım, bağışla demə!

Ayrılıq çətindir, bilmədinmi sən?!

Ölmüş bir insandan üzr istəmə!

Səninçün biryolluq ölmədimmi mən?!



Necə bağışlayım bu dar günümdə?!

Bəlkə unudardım güc-bəla ilə...

Necə bağışlayım?!.., indi önümdə...

Dikilib durmusan, üç bala ilə...

 

Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!