Bəlkədə

Bəlkədə
Şeirlər - Hekayələr
10.09.2017 14
Bəlkə də mən səni sevməmişəm heç

Səninçün hislərim əbəs olubdur

Bəlkə də mən səni sevməmişəm heç

Bəlkədə ötəri həvəs olubdu

 

Bəlkədə sevmişəm bilmədən səni

Bəlkə də sevmisən sən də mənim tək

Bəlkədə təsəlli bilərək səni

Köksümdə çırpınır yaralı ürək

 

Bəlkədə günahkar bir bəndəyəm mən

Sən mənə ən böyük bədəl olmusan

Nə işdir düşmüşəm nə gündəyəm mən

Elə bil canıma əcəl olmusan

 

Bir əsər qalmayıb şux qamətimdən

Bəlkələr sındırıb büküb belimi

Bəlkədə sevirəm deyə bilmirəm

Bəlkələr bağlayır bəlkə dilimi?!

 

Bəlkələr yağış tək yağır üstümə

Bəlkələr içində boğulmuşam mən

Hərdən öz-özümə sual edirəm

Bəlkələr üçünmü doğulmuşam mən?!

 

Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!