Yar qasidi

Yar qasidi
Şeirlər - Hekayələr
10.09.2017 17
Sən yarımın qasidisən

Əyləş sənə çay demişəm

Xəyalini göndəribdir

Bəs ki mən ax-vay demişəm

Ax gecələr yatmamışam

Mən sənə lay-lay demişəm

Sən yatalı mən gözumə

Ulduzları say demişəm

Hər kəs sənə ulduz deyə

Özüm sənə ay demışəm

Səndən sonra həyatə mən

Şirindisə zay demişəm

Hər gözəldən bir gül alıb

Sən gözələ pay demişəm

Sənin gün tək batmağıvı

Ay batana tay demişəm

İndi yaya qış deyirəm

Sabiq qışa yay demişəm

Gah toyunu yadə salıb

Mən dəli nay nay demişəm

Sonra yenə yasə batıb

Ağları1 hayhay demişəm

Ətək dolu dərya kimi

Göz yaşəma çay demişəm

Ömrə sürən2 mən qara gün

Ax demişəm vay demişəm

 

M. Şəhriyarскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!