O bilər, mən bilərəm

O bilər, mən bilərəm
Şeirlər - Hekayələr
10.09.2017 8
Bivəfadırsa əgər yar, o bilər – mən bilərəm,

Ya vəfa əhlidi dildar, o bilər – mən bilərəm.

 

Nə düşüb xəlqə axı hər şeyə rişxənd eləyir,

Qeyri dindardı ya dindar, o bilər – mən bilərəm.

 

Məni cadulər ilən salma gözündən o gülün,

Çalma kandarıma mismar, o bilər – mən bilərəm.

 

Dedim ol yarə hicabı sənə vacib bilib həqq,

Dedi ki, eyləmə israr o bilər – mən bilərəm.

 

Dəstəmazım gözümün yaşı namazımdı muğam,

Bunda həqqəm ya günahkar o bilər-mən bilərəm.

 

Məni gah Tanrı çəkib qaldırar ərşin üzünə,

Gahi ordan yerə çırpar, o bilər – mən bilərəm.

 

Can alanım ikidir, göydə fələk, yerdə mələk,

Desələr hansıdı qəddar, o bilər – mən bilərəm.

 

Pünhanın eyblərin yarə gedib kim saydı,

Kimə nə, eybi əgər var, o bilər – mən bilərəm

 

Baba Pünhanскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!