Qocaltma Anamı dünya!

Qocaltma Anamı dünya!
Şeirlər - Hekayələr
10.09.2017 13
Saçlarına ağ dənlər düşüb

Gözlərinə biraz kölgə düşüb,

Deyəsən üzünə yamanca qırış düşüb

Qocaltma Anamı dünya!Qocaltma..!

 

Neynirəm o varı dövləti,

Neynirəm dünyanın min- bir nemətin,

Neynirəm anamsız mən xoşbəxtliyi...

Qocaltma Anamı dünya!Qocaltma..!

 

Kövrəy ürəyini,dolan gözlərini görüb,

Saçına düşən o ilk bəyazları görüb,

Gözlərim bu dünyada sanki cəhənnəmi görüb.

Qocaltma Anamı dünya!Qocaltma..!

 

İsdəmirəm mən gözəlliyimi,gəncliyimi

Anamın saçlarına ağ dənlər düşənnən sora.

İsdəmirəm xoşbəxtliyimi anam dünyada olmuyannan sora.

Qocaltma Anamı dünya!Qocaltma..!

 

Yalvarıram al canımı tez bir zamanda

Görməsin gözlərim onun ahıl yaşlarını

Axı mən sənnən doymadım Ana, gözü dolunca..

Qocaltma Anamı dünya!Qocaltma..!

 

Doymadım laylalarından,nəğmələrindən,

Doymadım o isti qucağından,nəfəsindən

Mən doymadım ana o gözəl nəsihətlərindən.

Qocaltma Anamı dünya!Qocaltma..!!

 

Müəllif-ULYA(savior angel)

 

Mən şair deyiləm sadəcə olaraq ürəyimnən keçən hisslərimi şeir
şəklində yazmaq isdədim.Nə dərəcədə yaxşı alınıb deyə bilmərəm inşallah
xoşunuza gələr.Allah bütün analara can sağlığı uzun ömür versin inşallah
bizi olarla sınaga çəkməsin Amin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!