Çıx mənim yadımdan çıx nə olar çıx..

Çıx mənim yadımdan çıx nə olar çıx..
Şeirlər - Hekayələr
10.09.2017 15
Çıx mənim yadımdan çıx nə olar çıx

Hər dəfə fikrimi qarışdırırsan..

Görənlər dəlidir desinlər deyə

Məni öz-özümlə danışdırırsan?

 

Çıx mənim yadımdan çıx nə olar çıx..

Gör neçə müddətdir yata bilmirəm..

Hələ dincəlmək də bir yana qalsın..

İşə də vaxtında çata bilmirəm..

 

Çıx mənim yadımdan çıx nə olar çıx..

Sən gələn yolları bağlayammıram..

Hər gün rastlaşdığım iş yoldaşımın..

Adını yadımda saxlayammıram..

 

Çıx mənim yadımdan çıx nə olar çıx..

Qapı da açıqdır pəncərələr də..

Öz adım yadımdan çıxmasın deyə..

Adımı yazıram pəncərələrə..

 

Çıx mənim yadımdan çıx nə olar çıx..

Mən sənin yadında çıxdığım kimi..

Daha üzünə də baxa bilmirəm..

Hər gecə şəklinə baxdığım kimi..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!