Mənə ağrımayan bir ürək verin!

Mənə ağrımayan bir ürək verin!
Şeirlər - Hekayələr
10.09.2017 11
Elə bil bərkiyib daşdı ürəyim!

Duyğundan qaynayıb daşdı ürəyim

Ağrıdan inləyib çaşdi ürəyim

Mənə ağrımayan bir ürek verin.



Yanmasın nə sevgi nə eşq oduna

Salmasın o otən günü yadına

Düşməsin kiminsə şər girdabına

Mənə ağrımayan bir ürək verin.



Dərdsiz ürəkləri tanrı doğurmaz

Dəməyin ki mənim dərdim.ağrım olmaz

O hansı ürəkdi söylə ağrımaz?

Mənə ağrımayan bir ürek verin.



Ürək onsuz bilir hər şey ötəri

Hər şey gəldi gedər hər şey itəri

Dünyada dərdlər var dərddən betəri

Mənə ağrımayan bir ürək verin!скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!