Tənhalıq

Tənhalıq
Şeirlər - Hekayələr
10.09.2017 10
Bu dəniz ömrümün qum sahilinə

Axır ki məni də atdı tənhalıq. 

Yoxsul taleyimə, kasıb bəxtimə

Baxıb gülümsəyir bir qızıl balıq. 

.

Köhnə xatirələr ləpələndikcə

Gözümün yaşına qarışır sular. 

Bu sonsuz dənizin bətnindən indi

Beləcə doğulur ölü arzular. 

.

Bayağı nəğmələr qoşub oxuyur,

Başımı qatmağa nəğməkar dəniz. 

Şəklənib gör neçə balıqqulağı,

Səsimi eşitmir amma kar dəniz!

.

Bu nə vahimədir, bu nə təlatüm?!

Dalğalar elə bil durur qəsdimə. 

Dənizi çaşdırıb oğru görkəmim,

Köpək balıqları hürür üstümə. 

.

İndi bu vahimə, qorxu içində

Bir ümid doğulur hər addımbaşı. 

Haçansa məni də xatırlayacaq

Bir su pərisinin balıq yaddaşı...

 

Xəzər Süleymanlıскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!