Güzgü

Güzgü
Şeirlər - Hekayələr
10.09.2017 4
Sən şüşə parçası, sən gümüş tozu

Hamının dünyası görünür səndə 

Həsrət saxlamısan, gör neçə gözü

Hamının xülyası görünmür səndə

 

Hər səhər, hər axşam sənə baxaraq

Gör neçə gözəl qız qismət arayır

Dikilib qarşına, əlində daraq

Bəlkə də sevgilim saçın darayır

 

Xoşbəxtlik iynədir, bəxtim samandır

Heç təəccüb eyləmə mənə baxanda

Nə yalan söyləyim, xeyli zamandır

Özümü görmürəm sənə baxanda

 

Mən sənə baxanda kədər görürəm

Mən sənə baxanda güzgü görmürəm

Mən sənə baxanda nələr görürəm

Üzümdə xoşbəxt bir cizgi görmürəm

 

Həyat vaxtından tez yorduqca məni

Mənim də həyatı yormağım gəlir

Sən məndən həmişə gözlə özünü

Səni çilikləyib qırmağım gəlir

 

Özün də bilmədən küsdürdün məni

İllər ötüşdükcə dərdsən, kədərsən

Bəlkə bağışlaram bir şərtlə səni

Anamı həmişə cavan göstərsən...

 

Rəvan Məmmədliскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!