Ömür qatarımın itən durnası

Ömür qatarımın itən durnası
Şeirlər - Hekayələr
10.09.2017 3
Mənimlə salamı kəssən də belə,

Bil ki,sarı simdə neçə izim var.

Məndən incisən də, küssən də, belə, 

Sənə deyiləsi neçə sözüm var...

 

Mən külək deyildim,keçdim yanından,

Səndən nə umurdum, sənsə nə verdin...

Deyəsən,çıxmadım imtahanından,

Sözünü deməmiş sən, üz çevirdin...

 

Sənə də inamım itib, azalıb,

Daha təsəllindən göz çəkəsiyəm.

Nə, sənə yalvarmaq həvəsim qalıb,

Nə də ki, qarşında diz çökəsiyəm...

 

Ovutmaq üçünmüş vədələr, sözlər,

Başqa rəng çalırmış həyatın xası.

Daha xeyallarda yolumu gözlər,

Ömür qatarımın itən durnası...

 

Vaqif Məmmədovскачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!