Məhəbbətim

Məhəbbətim
Şeirlər - Hekayələr
10.09.2017 7
Arzularım yetim qaldı, 

Dünya yaman qeylü-qaldı

Acı sözün mənə baldı,

Məhəbbətim, məhəbbətim.



Ümman kimi çağlayan sən,

Yadlara bel bağlayan sən.

Ağladırsan,ağlayan sən,

Məhəbbətim, məhəbbətim.



Məni saldın sən kəməndə,

Ürək necə dözsün dərdə?

Qara bəxtim gülər bir də,

Məhəbbətim, məhəbbətim.



Şair Mövlud,fikir çəkmə,

Gül bağında qanqal əkmə.

Belini də belə bükmə,

Məhəbbətim, məhəbbbətim.скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!