Bu sevgi ruhumun qidası imiş

Bu sevgi ruhumun qidası imiş
Şeirlər - Hekayələr
10.09.2017 10
Neçə gündür hava çiskin dumanlıq,

Sən demə ayrılıq havası imiş,

İçimdə yaranan qorxunc qaranlıq,

Acıyla kədərin davası imiş..

 

Qurban gedir gül tikanın yolunda,

Canın verir Leyli Məcnun qolunda,

Haray salır həm sağında solunda,

Bu haray ölümün sədası imiş..

 

İtirmişəm keçmişimi mən kiməm,

Yorulmuşam bu həyatdan əzginəm,

Cismim yatır ruhum deyir bezginəm,

Bu yuxu ölümün vidası imiş..

 

Sən demə sən idin yaşadan məni,

Sən idin ucaldan məbbətimi,

İndi dərk eylədim mən bu sevgini,

Bu sevgi ruhumun qidası imiş..скачать dle 11.3


Загрузка...
Facebook Şərhləri
BİRQADIN Şərhləri (0)
ŞƏRH YAZ
ŞƏRHİNİZ SİZİN SİMANIZI TƏMSİL EDİR. ÖZÜNÜZƏ LAYİQ OLUN!